BİRJA

19 İyul

Dünya fond bazarlarının indeks göstəriciləri

İyulun 18-də Amerika fond bazarında Dow Jones indeksi 1.06% – 34,951.93 bəndədək, SP 500 indeksi 0.71% – 4,554.98 bəndədək, Nasdaq indeksi isə 0.76%– 14,353.64 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyulun 18-də Almaniyanın DAX indeksi 0.35% – 16,125.49 bəndədək, FTSE 100 indeksi 0.64% – 7,453.69 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.38% - 7,319.18 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0.02% azalaraq 1.1227 dollar təşkil edib.