BİRJA

17 İyul

Neftin qiyməti ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2023-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,95% azalaraq 1 barelə görə 79.11 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin avqust ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0.99% azalaraq, 74.67 dollar təşkil edib.