BİRJA

13 İyul

“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 13-də Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 təqvim ili, nominal dəyəri 1,000 ABŞ dolları olan AZ2010020280 dövlət qeydiyyat nömrəli, 1,500,000 (bir milyon beş yüz min ) ABŞ dolları həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
 
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
 
İstiqrazın illik faiz dərəcəsi 15 %, faiz ödəniş dövrü isə hər ayda bir dəfə təşkil edir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000 ABŞ dolları təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000 ABŞ dolları təşkil edib.
 
İstiqrazların ödəmə tarixi 05.07.2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ” QSC-dir.
 
Zəminə Hüseyn
Fins.az