BİRJA

13 İyul

Mərkəzi Bankının 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 13-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2114024709 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,796.5585(8.9 %) manat və  9,821.2532 (7.8 %) manat olan 7 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,820,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,802.1597 (8.65%)manat və orta ölçülmüş qiyməti isə 9,813.3926 (8.15%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 05.10.2023-cü ildir.