İyulun 13-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2116024707 dövlət qeydiyyat nömrəli 60 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9285.0511 (11 %) manat və 9407.3378 ( 9%) manat olan 12 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,250,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9285.0511(11%) manat, orta ölçülmüş qiyməti isə 9348.6150 (9.95%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 48,250,000 manat təşkil edib.
Notların ödəmə tarixi 21.03.2024-cü ildir.