BİRJA

13 İyul

“VMF” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyunun 5-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “VMF” MMC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

BFB-dan Fins.az-a verilən məlumata görə, iyulun 19-da Bakı Fond Birjasında “VMF” MMC-nin ümumi dəyəri 1,000,000 (bir milyon) manat olan istiqrazlarının yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.