BİRJA

12 İyul

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi haqqında məlumat

İyulun 12-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2113024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.