İyulun 12-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2115024708 dövlət qeydiyyat nömrəli 50 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9596.9290 (9 %) manat və 9627.9750 (8.28%) manat olan 8 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 28,350,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9596.9290 (9 %) manat, orta ölçülmüş qiyməti isə 9609.2666 (8.71%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 28,350,000 manat təşkil edib.
Notların ödəmə tarixi 27.12.2023-cü ildir.
Zəminə Hüseyn
Fins.az