Hərrac vasitəsilə əmlak almaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar sadədir. İyul ayındakı növbəti hərraclara 86 əmlak çıxarılacaq.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyul ayında keçiriləcək hərraclara çıxarılan əmlakların sayı çox, çeşidi müxtəlifdir.
İyulun 19-da təşkil olunacaq hərraca Azərbaycan Beynəlxalq Bankına və Əmanətlərin Sığortalanması Fonduna məxsus ümumilikdə 31 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitlərinin istehsal tarixi 1998-2014-cü illəri əhatə edir.
İyulun 25-də keçiriləcək hərraca isə 6 səhmdar cəmiyyətin səhm paketi, 7 kiçik dövlət müəssisəsi və obyekti, 42 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye sahəsinə aiddir Səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30%-ni təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixləri isə 1990-2013-cü illər arasında dəyişir.
Hərraca çıxarılan əmlakların tam siyahısı: ( //clck.ru/33TqtH )