BİRJA

06 İyul

Mərkəzi Bankın 84 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 6-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2110024703 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,816.7539 (8%) manat və  9,831.8427 (7.33%) manat olan 5 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 56,200,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,831.8427 (7.33%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 28.09.2023-cü ildir.

Zəminə Hüseyn
Fins.az