İyulun 5-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2111024702 dövlət qeydiyyat nömrəli 50 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9,618.8992 (8.49%) manat və 9,631.4370 (8.2%) manat olan 9 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 67,760,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,618.8992 (8.49%) manat, orta ölçülmüş qiyməti isə 9,623.8128 (8.38%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 50,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 20.12.2023-cü ildir.
Zəminə Hüseyn
Fins.az