BİRJA

04 İyul

BFB: Səhm bazar kapitalizasiyası 18% yüksəlib - CƏDVƏL

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,793,468,091 manat təşkil edib.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 16%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 54% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 32% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 10 dəfə artım qeydə alınıb.

2023-cü ilin iyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,848,500,254 manat təşkil edib və ötən ilin son ticarət günü ilə müqayisədə 18% böyümə qeydə alınıb.

Fuad Mədətov
Fins.az