BİRJA

27 İyun

Türkiyədə dolların məzənnəsi 26 lirəyə çatıb

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin enişi davam etdirib.

Fins.az-ın məlumatına görə, iyunun 27-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 26,11 səviyyəsinə qədər yüksəlib, hazırda isə 25,60 səviyyəsində ticarət edilir. Avro/Türkiyə Lirəsi məzənnəsi isə 28,56 səviyyəsini test edib. Başqa sözlə, TL bir gündə dollar qarşısında 3% dəyər itirib. Son bir ayda isə lirə 25% ucuzlaşıb.

Türkiyə Mərkəzi Bankı isə dolların bugünkü məzənnəsini alış üzrə 25.82 TL, satış üzrə 25.86 TL müəyyən edib.