İyunun 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,04% – 33,714.71 bəndədək, SP 500 indeksi 0,45% – 4,328.82 bəndədək, Nasdaq indeksi isə 1,16% – 13,335.78 bəndədək azalıb.
Fins.az məlumatına görə, Avropa fond bazarlarında iyunun 26-da Fransanın CAC-40 indeksi 0,29% – 7,184.35 bəndədək artıb, FTSE 100 indeksi 0,11% – 7,453.58 bəndədək, Almaniyanın DAX indeksi isə 0,11% – 15,813.06 bəndədək enib.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,18% artaraq 1,0926 dollar təşkil edib.
Fuad Mədətov
Fins.az