BİRJA

24 İyun

Rusiyanın qızıl və valyuta ehtiyatları artıb

Rusiya Mərkəzi Bankının (USD) qızıl-valyuta ehtiyatları artıb.

Fins.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının (RMB) verdiyi açıqlamasına görə, ehtiyatlar keçən həftə 585,7 milyard dollardan 587,5 milyard dollara yüksəlib.

Qızıl-valyuta ehtiyatları 2022-ci ilin sonunda 580 milyard dollar səviyyəsində idi.

Rusiyanın qızıl-valyuta ehtiyatları 1999-cu ilin aprelində 10,8 milyard dollarla ən aşağı həddə çatıb.

Rusiya Çin, Yaponiya və İsveçrədən sonra 4-cü ən böyük ehtiyata malik ölkədir.

Zəminə Hüseyn
Fins.az