Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2106024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9816,7539 (8 %) manat və 9,831.6172 (7.34%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 68,680,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,831.6172 (7.34%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 13.09.2023-cü ildir.