BİRJA

21 İyun

Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2105024700 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə Fins.az-a BFB-dən məlumat verilib.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,940.5445 (7.69%) manat və 9,954.3978 (5.89%) manat olan 7 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,430,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 9,954.3978 (5.89%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 19.07.2023-cü ildir.