BİRJA

19 İyun

Bakı Fond Birjasında BOKT “INTERNATIONAL” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

İyunun 19-da Bakı Fond Birjasında BOKT “INTERNATIONAL” ASC-nin AZ1001021026 dövlət qeydiyyat nömrəli 3,000,000 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

Fins.az xəbər verir ki, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 1000 manat qiymətindən 1 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000  manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000 manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.