BİRJA

16 İyun

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 16-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2104024701 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 251 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9,379.3995 (9.49%) manat və 9,441.1396 (8.49%) manat olan 14 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,370,000manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,397.2205 (9.2%) manat, orta ölçülmüş qiyməti isə 9,408.1696 (9.02%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 22.02.2024-cü ildir.