İyunun 14-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2102024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,794.9909 (8.97%) manat və 9,830.7151 (7.38%) manat olan 13 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,620,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,828.2352 (7.49%) manat, orta ölçülmüş qiyməti isə 9,828.6200 (7.47%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 06.09.2023-cü ildir.