İyunun 13-da Amerika fond bazarında Dow Jones indeksi 0.43% – 34,212.12 bəndədək, SP 500 indeksi 0.69% – 4,369.01 bəndədək, Nasdaq indeksi isə 0.83% – 13,573.32 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyunun 13-də Almaniyanın DAX indeksi 0.82% – 16,230.68 bəndədək, FTSE 100 indeksi 0.32% – 7,594.78 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.56% - 7,290.80 bəndədək artıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.06% dəyər itirərək 1.0786 dollara bərabər olub.