BİRJA

13 İyun

Nyu-York birjasında təbii qazın bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Fins.az xəbər verir ki, iyulda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,75% artaraq, 2,294 dolları təşkil edib.