İyunun 12-də Bakı Fond Birjasında “Legion Financial” MMC-nin tədavül müddəti 1800 təqvim günü, nominal dəyəri 1,000 manat olan AZ2001025462 dövlət qeydiyyat nömrəli, 500,000 (beş yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 8 sifariş təqdim edilib. İstiqrazın illik faiz dərəcəsi 15%, faiz ödəniş dövrü isə 30 gündən bir təşkil edir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500,000 manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500,000 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 30.05.2028-ci ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.