Avropa İttifaqında yeraltı qaz anbarlarının doluluq səviyyəsi 70,5%-i ötüb.
Fins.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.
Məlumata görə, bu ilin 6 iyun tarixinə Avropada qaz anbarlarının doluluq səviyyəsi 0,21 faiz bəndi artaraq 70,54% təşkil edib.
Qeyd olunan tarixə, anbarlarda olan qazın həcmi 77,2 mlrd. kubmetr təşkil edib.