BİRJA

08 İyun

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İyunun 13-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

BFB-dan Fins.az-a verilən məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

 İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

kuponlu, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0201040141

Emissiya həcmi

50 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1820 gün

Faiz ödənişləri (olduqda)

12 dekabr 2023-cü il, 11 iyun 2024-cü il,

10 dekabr 2024-cü il, 10 iyun 2025-ci il,

  9 dekabr 2025-ci il,    9 iyun 2026-cı il,

  8 dekabr 2026-cı il,    8 iyun 2027-ci il,

  7 dekabr 2027-ci il,    6 iyun 2028-ci il,

Faiz gəliri

7.5 %

Ödəmə tarixi

06.06.2028

Anderrayter

“Paşa Kapital İŞ”QSC

 

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

            Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.