İyunun 8-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2100024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9,316.5388 (10.48%) manat və 9,413.5370 (8.9%) manat olan 16 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 89,530,000manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,377.6961 (9.48%) manat, orta ölçülmüş qiyməti isə 9383.0926 (9.39%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 15.02.2024-cü ildir.