BİRJA

07 İyun

BFB-də Mərkəzi Bankın Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2098024709 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 9,801.0389 (8.7%) manat və  9,828.0098 (7.5%) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 77,710,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,816.9788 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9,818.1059 (7.94%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 30.08.2023-cü ildir.

Fuad Mədətov
Fins.az