BİRJA

07 İyun

Azərbaycan Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2097024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a verilən məlumata görə, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,934.3231 (8.5%) manat və 9,947.3896 (6.8%) manat olan 12 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,670,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.5445 (7.69%) manat, orta ölçülmüş qiyməti isə 9,941.5065 (7.56%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.

Notların ödəmə tarixi 05.07.2023-cü ildir.

Fuad Mədətov
Fins.az