BİRJA

07 İyun

Yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi nə qədər təşkil edib? - CƏDVƏL

Bakı Fond Birjasında 2023-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6,334,402,343 manat təşkil edib.

BFB-dan Fins.az-a verilən məlumata görə, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 24%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 32% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 16% artım olub.

O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 11 dəfə artım qeydə alınıb

2023-cü ilin may ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 4,633,122,603 manat təşkil edib.