BİRJA

07 İyun

Dünya bazarlarının əsas indeks göstəriciləri

İyunun 6-də Amerika fond bazarında Dow Jones indeksi 0.03% – 33,573.28 bəndədək, SP 500 indeksi 0.24% – 4,283.85 bəndədək, Nasdaq indeksi isə 0.36% – 13,276.42 bəndədək artıb.

Fins.az xəbər verir ki, Avropa fond bazarlarında iyunun 6-də Almaniyanın DAX indeksi 0.18% – 15,992.44 bəndədək, FTSE 100 indeksi 0.37% – 7,628.10 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.11% - 7,209.00 bəndədək artıb.

Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.09% dəyər itirərək 1.0683 dollara bərabər olub.