Mayın 26-da Amerika fond bazarında Dow Jones indeksi 1.00% – 33,093.34 bəndədək, SP 500 indeksi 1.30% – 4,205.45 bəndədək, Nasdaq indeksi isə 2.19% – 12,975.69 bəndədək artıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında mayın 29-da FTSE 100 indeksi 0.74% – 7,627.20 bəndədək artıb, Fransanın CAC-40 indeksi isə 0.21% - 7,303.81 bəndədək, Almaniyanın DAX indeksi isə 0.20% – 15,952.73 bəndədək azalıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.23% dəyər itirərək 1.0683 dollara bərabər olub.