BİRJA

26 May

Braziliya Mərkəzi Bankı rəqəmsal valyuta üçün "Visa" və "Microsoft" ilə işləyəcək

Dünya miqyasında mərkəzi bankın rəqəmsal valyuta səyləri çərçivəsində son addım Braziliya Mərkəzi Bankından gəldi.

Fins.az xarici mənbələrə istinadən xəbər verir ki, Mərkəzi Bank bu prosesdə 14 şirkətlə işləyəcək.

Braziliya Mərkəzi Bankının “Visa” və “Microsoft” kimi nəhəng şirkətlərin iştirak edəcəyini açıqlaması layihəyə marağı artırıb.

İnkişaf etməkdə olan ölkələr arasında Braziliyanın bu layihəsinin ölkənin pul siyasətinin və maliyyə infrastrukturunun inkişafına necə təsir edəcəyi maraqla gözlənilir.

Dünyanın bir çox ölkəsi "Blockchain" texnologiyasından istifadə etməklə öz milli valyutalarının rəqəmsal formasını inkişaf etdirmək üzərində işləməyə davam edir. Bu sahədə ən sürətlə inkişaf edən ölkə kriptovalyutalara hərtərəfli qadağa qoyulduqdan sonra rəqəmsal valyutanı buraxan Çin olub.

Zəminə Hüseyn
Fins.az