BİRJA

26 May

Bakı Fond Birjasının “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” yenilənib

Mayın 26-da Bakı Fond Birjasının idarə heyətinin qərarı ilə “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minmişdir.

BFB-dan Fins.az-a verilən məlumata görə, qaydalara əsasən AINA (Azn INdex Average) indeksinin 2 növü hesablanır: Banklararası əqdlər əsasında hesablanmış - AINAIB indeksi və bütün əqdlər əsasında hesablanan AINAAO.

Müddəti 1-3 gün arası olan indekslər 1D AINAIB və ya 1D AINAAO, müddəti 6-8 gün olan indekslər 1W AINAIB və ya 1W AINAAO, müddəti 13-15 gün olan indekslər 2W AINAIB və ya 2W AINAAO, müddəti 29-32 gün olan indekslər 1M AINAIB və ya 1M AINAAO adlanır.

Qayadalarla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

//www.bfb.az/az/view-file/repo-bazarinda-baglanilan-eqdler-uzre-indekslerin-he.pdf