Mayın 25-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2091024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9585.3400 (9.27%) manat və 9623.2189 (8.39%) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 29,870,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9585.3400 (9.27%) manat, orta ölçülmüş qiyməti isə 9600.9967 (8.91%)manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 29,870,000 manat təşkil edib.
Notların ödəmə tarixi 09.11.2023-cü ildir.