Mayın 25-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2092024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 9359.2700 (9.78%) manat və 9395.5822 (9.19%) manat olan 12 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,010,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9359.2700 (9.78%) manat, orta ölçülmüş qiyməti isə 9381.1870 (9.42%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 01.02.2024-cü ildir.