Wall Street Journal tərəfindən təşkil edilən tədbirdə çıxış edən İlon Mask, heç kəsin "bütün aktivlərini" kriptovalyuta Dogecoin və ya hər hansı digər kriptovalyutaya yatırmamalı olduğunu söyləyib.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Mask, investorları kriptovalyutalara riskli olduğu üçün "ehtiyatla" yanaşmaları barədə xəbərdarlıq edib.
Maskın bu sözlərindən sonra ən çox yayılmış kriptovalyuta olan "Bitcoin" dünən təxminən dörd faiz ucuzlaşaraq 26 min dollara düşüb. "Ether" təxminən 4,6 faiz azalaraq 1850 dollardan 1770 dollara düşüb.
"Dogecoin" də təxminən 5 faiz ucuzlaşaraq 0,07 dollara ticarət olunur.