BİRJA

24 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Mayın 24-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2089024700 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 13 investor tərəfindən qiymət intervalı 9938.1625 (8 %) manat və 9943.6197 (7.29%) manat olan 13 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,800,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9938.2400 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9940.1773 (7.74%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  
Notların ödəmə tarixi 21.06.2023-cü ildir.