Mayın 24-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2090024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 14 investor tərəfindən qiymət intervalı 9808.00 (8.39%) manat və 9823.7295 (7.69%) manat olan 15 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,660,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9810.4700 (8.28%) manat, orta ölçülmüş qiyməti isə 9816.7170 (8%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 16.08.2023-cü ildir.