BİRJA

11 May

“Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilib

Mayın 11-də ilk dəfə olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya Şirkəti tərəfindən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarına əyani formada təlim keçirilib.

Fins.az xəbər verir ki, keçirilən maarifləndirmə görüşlərinin effektivliyinin yüksəldilməsi məqsədilə “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında əyani sertifikatlı təlim keçirilməsi müntəzəmləşdiriləcəkdir. 

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti tərəfindən  Sahibkarlığın İnkişafı Fondunun əməkdaşlarına kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib.