Mayın 11-də Bakı Fond Birjasında “GL” ASC-nin AZ1002020282 dövlət qeydiyyat nömrəli 50,125 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.
BFB-dan Fins.az-a verilən məlumata görə, abunə yazılışı zamanı anderrayterə 1 investor tərəfindən 2 005 manat qiymətindən 1 sifariş təqdim edilib.
Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,125 manat təşkil etmişdir. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 50,125 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.