BİRJA

10 May

Azərbaycan Respublikasının Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib - QRAFİK

Mayın 10-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2082024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 15 investor tərəfindən qiymət intervalı 9813.3822 (8.15%) manat və 9828.2400 (7.49%) manat olan 16 sifariş təqdim edilib.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,530,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9816.9788 (7.99%) manat, orta ölçülmüş qiyməti isə 9822.6688 (7.74%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 02.08.2023-cü ildir.