Mayın 10-da Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2081024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Fins.az-a verilən məlumata görə, hərracı zamanı 12 investor tərəfindən qiymət intervalı 9,938.9400 (7.9%) manat və 9,947.0046 (6.85%) manat olan 12 sifariş təqdim edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,400,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,940.4676 (7.7%) manat, orta ölçülmüş qiyməti isə 9,942.9247 (7.38%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 07.06.2023-cü ildir.