Aprelin 24-da Amerika fond bazarında Dow Jones indeksi 0.20% – 33,875.40 bəndədək, SP 500 indeksi 0.09% – 4,137.04 bəndədək artıb, Nasdaq indeksi isə 0.29% – 12,037.20 bəndədək azalıb.
Fins.az xəbər verir ki, Avropa fond bazarlarında aprelin 24-da Almaniyanın DAX indeksi 0.11% – 15,863.95 bəndədək, FTSE 100 indeksi 0.02% – 7,912.20 bəndədək, Fransanın CAC-40 indeksi isə 0.04% - 7,573.86 bəndədək azalıb.
Avro isə ABŞ dolları qarşısında ötən günlə müqayisədə 0.04% dəyər qazanaraq 1.1050 dollara bərabər olub.