BİRJA

20 Aprel

Avropada qazın qiyməti 460 dollardan aşağı enib

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarından aşağı enib.

Fins.az xəbər verir ki, 19 aprel tarixində may fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 452,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (483,7 dollar) ilə müqayisədə 6,4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.