BİRJA

10 Aprel

Dünya bazarlarında qızıl və gümüşün qiyməti ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti (iyun müqavilələri üzrə) 0.93% azalaraq, 2,007.50 ABŞ dollarına bərabər olub.

Fins.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti (may müqavilələri üzrə) isə 0.65% azalaraq, 24.93 dollar təşkil edib.