Fevralın 27-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT “Falcon Finance” MMC -nin ümumi dəyəri 700,000 (yeddi yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
BFB-dən Fins.Az-a verilən məlumata görə, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (//www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Zəminə Hüseyn
Fins.Az