Tənəzzül riskləri ilə bağlı narahatlıqlar dünya bazarlarında neft qiymətlərini ucuzlaşdırıb.
"Fins.az" xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 30 sent və ya 0,36% ucuzlaşaraq 82,86 ABŞ dolları olub.
WTI markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 23 sent və ya 0,3% azalaraq 76,09 ABŞ dollarına enib.