BİRJA

24 Fevral

Bakı Fond Birjasında gender bərabərliyinə  həsr edilmiş “Açılış Zəngi” keçiriləcəkdir

Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır. Bu əməkdaşlığın nəticəsi olaraq, 7 mart 2023-cü il tarixində Bakı Fond Birjası təşkilatçılığı ilə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçiriləcəkdir.

BFB-d’n Fins.Az-a verilən məlumata görə, qlobal keçirilən “Açılış Zəngi” mərasimlərinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender bərabərliyinin inkişafında özəl sektorun oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri (Women’s Empowerment Principles) haqqında məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. Bu il dünyada 114 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçiriləcəkdir.