BİRJA

23 Fevral

Dünya bazarlarında neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin aprel müqaviləsinin dəyəri 0,38% artaraq, 1 barelə görə 80,91 dollar təşkil edib.

Fins.Az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprelində ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,45% artaraq, 74,28 dollara bərabər olub.