BİRJA

22 Fevral

Wall Street-də FED narahatlığı

"Wall Street"-də inflyasiyada müşahidə edilən enişin kifayət etməyəcəyi və FED-in faiz artımına davam edəcəyi narahatlığı hökm sürür. Amerikanın istiqraz gəlirlilikləri də yüksəlməkdədir. 

DJ 33 129.59 punkta 2.06 % dəyər itirib. SP500 də 3997.34 punkta kimi 2 % enib. Nasdaq100 isə 12 060.30 punkta kimi 2.41 % ucuzlaşıb. 

Bundan əlavə, bu gün Bakı vaxtı ilə saat 23:00-da FOMC-nin toplantı protokolu yayımlanacaq ki, investorlar bunu gözləyirlər.